426
12:51
25 Sentyabr 2019

Fransa prezidenti ABŞ-da Ruhanilə ikinci dəfə görüşdü - SƏBƏB

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş Naziri Boris Conson və İran Prezidenti Həsən Ruhani arasında görüş olub.

APA-nın xəbərinə görə, bu barədə İran Prezident Administrasiyasının nümayəndəsi Pərviz İsmaili “Twitter” səhifəsində yazıb.

“Fransa Prezidenti Emmanuel Makron ötən gecə Prezident Həsən Ruhani ilə görüşdən sonra bu gün səhər yenidən onunla planlaşdırılmamış görüş keçirib. Emmanuel Makron öncədən planlaşdırılmadan iranlı həmkarının qaldığı yerə gəlib və Həsən Ruhani ilə danışıqlar aparıb. Böyük Britaniyanın Baş Naziri Boris Conson da bu görüşə qatılıb. Onlar arasında danışıqlar bir neçə dəqiqə davam edib. Boris Consonun Həsən Ruhani ilə görüşü öncədən planlaşdırılıb”, - deyə o, bildirib.