Sevda: <span style="color:red;">"Toy olmadan uşaq dünyaya gətirmərəm"  - VİDEO
25 sentyabr 2019 10:16 (UTC +04:00)

Sevda: "Toy olmadan uşaq dünyaya gətirmərəm" - VİDEO

Müğənni Sevda Yahyayeva şəxsi həyatından danışıb.

O, Lent.az-ın canlı yayımında ailə qurmaq istəyindən söz açıb:

“Ailə qurmağım qismət işidir. Yalnız yaradıcılıq işlərimi planlaşdıra bilərəm. Ailə qurmaq isə öncədən planlaşdırılmır. Yəni deyə bilmərəm ki, 3 ay və ya 1 il sonra ailə quracam. Mənimlə ailə qurmaq istəyənlər çoxdur. Məni tanıyıb ailə qurmaq istəyənlər var. Amma xeyirlisi qismətim olsun. Deyim ki, elçilər qapımızı sındırır, yalan olar. Bir müddət öncə mənə xəbər göndərmişdilər ki, filankəsin səndən xoşu gəlir, ailə qurmaq istəyir. Mənsə ailəyə ciddi yanaşıram. Ailəyə layihə kimi baxmıram. Şəxsi sualları cavablandırmağı çox sevmirəm, çünki utanıram. Amma qismət olsa, mənə uyğun olsa, biləcəksiniz. Amma yaşca kiçik olmasın.

Sevda bildirib ki, şou-biznesdə olan bəyi sevə bilsə, ailə qura bilər: “Şou-biznesdən almaram, getmərəm fikri ilə razı deyiləm. Şou-biznesdə mənə talib çıxan şəxs, ürəyimə yatsa, niyə də yox? Çünki özüm də bu sahədəyəm. Hər sahənin yaxşısı da var, pisi də. Ən ağır sahə bizim sahədir. Bizim nəyimiz var, göz qabağındadır”.

İfaçı onu da əlavə edib ki, heç zaman nikahdan kənar övlad dünyaya gətirməz: “Hər kəsin öz işidir. Amma məndən soruşursunuzsa, istərdim ki, ailə qurum, övladım olsun. Heç kim heç nədən sığortalanmayıb. Ailə qurmaq qismətim olmasa, övladım heç vaxt olmayacaq. Yəni toy olmadan heç vaxt övlad dünyaya gətirmərəm”.

 

# 1912
avatar

Yalçın UĞUR

Oxşar yazılar