422
09:36
25 Sentyabr 2019

Ölkənin bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ

Bu gün Azərbaycanın bir sıra yerlərində təbii qaz olmayacaq. Bu barədə Lent.az -a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib. Bildirilir ki, Sentyabrın 25-də səhər saat 09:00-dan etibarən işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan kəmərlərdə bir sıra təmir işləri ilə bağlı Sabunçu rayonunun Maştağa, Savalan qəsəbələri, Bağlar, Albalılıq bağ massivləri, Kanal qırağı ərazi, eləcə də Xəzər rayonu, Buzovna qəsəbəsi, Atçılıq yaşayış massivlərinin qaz təchizatına məhdudiyyətlər qoyulub.

Bundan başqa, Sentyabrın 25-də səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb. Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.