
Son Dəqiqə! BMT-nin baş katibi: "Təhlükəli müharibə ilə qarşı-qarşıyayıq"
BMT-nin İdarə Heyətinin 74-cü qurultayı Nyu-Yorda toplanıb. Toplantıda ilk olaraq idarə heyətinin sədri çıxış edib. Onun ardınca baş katib Antonio Quterreş tribunaya gəlib.
Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, BMT baş katibi Quterreş, “Körfəzdə problemləri aradan qaldıra bilmədiyimiz üçün təhlükəli müharibə ilə qarşı-qarşıyayıq”, deyib.
Baş katib ABŞ-Çin ticarət müharibəsi ilə bağlı, “Böyük bir parçalanmadan qorxuram, dünya ikiyə bölünür. Dünyanın ən böyük iqtisadiyyatı olan iki ölkə öz pul vahidləri, ticari və maliyyə qaydaları, internetləri, ixtiraları, əhəmiyyətsiz geosiyasi və hərbi strategiyaları ilə bir-biri ilə rəqabət aparan iki dünya yaradır”, deyə danışıb.
Antonio Quterreşin bu çıxışından sonra tribunaya gələn Braziliya prezidenti Bolsonaro, “Venesuelada demokratiyanı yeniləmək üçün” digər Cənubi Amerika ölkələrinə çağırış edib.
Oxşar yazılar

1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39
17 saat sonra reys ləğv olundu - İki sərnişin beynəlxalq uçuşu necə iflic etdi?
11 iyul 2025 , 17:27
Tualetlərə kamera qoyub 13 mindən çox adamı izlədi
11 iyul 2025 , 14:18
Trampın iqamətgahına silahla girən qadın tutuldu
11 iyul 2025 , 13:05
Dubayda süni intellektli restoran açılacaq
11 iyul 2025 , 06:14