4 yaşlı Əsmaya yardım edək - <span style="color:red;">FOTO
23 sentyabr 2019 13:24 (UTC +04:00)

4 yaşlı Əsmaya yardım edək - FOTO

4 yaşlı Əsma Bəndəlinin köməyə ehtiyacı var.

Bununla bağlı Lent.az-a məlumat verən, Əsmanın atası Ruhid Bəndəli deyib ki, qızı 6 aylığında dünyaya gəlib:

“Doğulanda aldığı zədə nəticəsində qızımda raxitlik əmələ gəlib. Uşağın əqli inkişafı normal olsa da, aldığı travmadan otura və ya gəzə bilmir. Bununla bağlı müalicə alıb, masaja aparılıb, ancaq heç bir nəticəsi olmayıb.

Onu da deyim ki, masaja aparan zaman sol ayağını da buddan çıxarıblar. İndi həkimlər bildirir ki, təcili müalicə olunmasa, ayağının biri uzun, biri isə qısa qalacaq.

Qız uşağıdır istəmirəm ki, belə vəziyyətdə qalsın. Dəfələrlə Səhiyyə Nazirliyinə bununla bağlı müraciət etmişik. Deyirlər araşdırma aparılıb köməklik ediləcək, amma heç bir nəticəsi olmur. İmkanı çatan hər kəsdən qızıma kömək göstərilməsini xahiş edirəm”.

Əsmaya yardım etmək istəyənlər bu nömrə (051.947.9927) ilə əlaqə saxlaya bilərlər.

Kapital bank hesab nömrəsi - 4169 7413 8815 2314

 

 

# 1117
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar