
Xəzərdə dalğanın hündürlüyü 6,6 metrə çatdı - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki havanı açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sentyabrın 21-i gündüzdən sentyabrın 22-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.
Dağlıq ərazilərdə qar yağıb , bəzi rayonlarda güclü şimal-qərb küləyi əsib. Şimal-qərb küləyi bəzi yerlərdə 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 24-38 m/s, Abşeron yarımadasında və Abşeron Dəniz rayonunda isə 20-25 m/s , bəzi yerlərdə arabir 35-38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 6.6 metrə çatıb.
Astarada 33 mm, Lənkəranda 28 mm, Lerikdə 25 mm, Şahdağda 11 mm, Yardımlıda 9 mm, Şamaxıda 7 mm, Qusarda 5 mm, Xınalıq, Qubada 4 mm, əksər rayonlarda 0.0- 1.0 mm olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm, Xınalıq, Qırızda 1 sm qeydə alınıb.
Qeyd edək ui, ölkə ərazisində qeyri-sabit hava şəraitinin sentyabrın 22-si gündüzədək davam edəcəyi, 23 -dən havanın mülayim, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxşar yazılar

İyul ayında hər şeydə şanslı olacaq BÜRC
7 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
7 iyul 2025 , 08:29Üç BÜRCƏ xəbərdarlıq – Sınaqlar sizi diz çökdürə bilər
7 iyul 2025 , 00:02
Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15