
“Hizbulla”dan Səudiyyə Ərəbistanına sərt mesaj: “İran səni məhv edər”
Livanın “Hizbulla” təşkilatı cümə günü Səudiyyə Ərəbistanına müharibə fikrinə düşməməyə çağırıb və İranın onu məhv edə biləcəyi barədə xəbərdarlıq edib.
APA “voice america”ya istinadla xəbər verir ki, “Hizbulla” lideri Seyid Həsən Nəsralla televiziya ilə çıxışında Riyadı və Birləşmiş Ərəb Əmirliklərini havadan müdafiə sisteminə pul xərcləməkdənsə, Yəməndəki müharibəyə son qoymağa çağırıb.
“İranı müharibə ilə təhdid etmə, çünki o səni məhv edər”, - deyən Nəsralla əlavə edib ki, “Birləşmiş Ərəb Əmirliklərinin şüşə şəhərləri kimi sizin də həm eviniz, həm də iqtisadiyyatınız şüşədən hazırlanıb”.
Qeyd edək ki, “Hizbulla” 1982-ci ildə İran islam Qvardiyası tərəfindən Livanda təsis olunmuş şiə qruplaşmasıdır. Ağır silahlarla təchiz olunmuş təşkilat İranın regional ittifaqında mühüm yer alır.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46