Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib
19 sentyabr 2019 21:37 (UTC +04:00)

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib

 

Bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə infotur təşkil edilib.  

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, infoturda media nümayəndələri və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri iştirak edib. 

Mediaturun məqsədi Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılan yeni Peşə Təhsil Mərkəzi barədə media nümayəndələrinə məlumat vermək və onları mərkəzlə tanış etmək olub.

Mərkəzin direktoru Rəşad Xanlarov bildirib ki, yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki avadanlıqlarla təchiz olunub. Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərəcək 2 yataqxananın hər birində 90 tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılıb.

R. Xanlarov qeyd edib ki, mərkəzdə İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat istiqamətləri üzrə kadrların hazırlanması nəzərdə tutulur. Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılıb. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda 60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.

Bildirilib ki, mərkəzdə tədris prosesinə cəlb olunan ixtisaslı mütəxəssislər üçün 3 ay müddətində Koreyada təlimlər keçirilib. Mərkəzin başlıca məqsədi sənaye ehtiyaclarına tabe olan rəqabətli kadr hazırlamaqdır.

Daha sonra media nümayəndələri mərkəzin dərs otaqları, emalatxanalar ilə tanış olublar.

# 801
avatar

Oxşar yazılar