Ekspertdən <span style="color:red;">XATIRLATMA:  "Ali məktəblər bunu bu il də etmədilər"
19 sentyabr 2019 15:43 (UTC +04:00)

Ekspertdən XATIRLATMA: "Ali məktəblər bunu bu il də etmədilər"

“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, Azərbaycandakı ali təhsil müəssisələrində ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunmalı idi, amma hələ də yaradılmayıb”.

Lent.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov açıqlama yayıb. O bildirib ki, Nazirlər Kabinetinin 2017-ci il fevralın 8-dəki 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları”na 5.10-cu bənd əlavə edilib.

Həmin bənddə deyilir: “Müsabiqənin nəticələri elan olunduqdan sonra, Təhsil Nazirliyinin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində hazırlıq qruplarının yerləri elan edilir, ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlər tərəfindən bu qaydaların 4.2-4.4-cü bəndlərinə uyğun olaraq ixtisas seçimi həyata keçirilir və həmin yerlərə Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə yerləşdirilmə aparılır”.


 K.Əsədov vurğulayıb ki, hazırlıq qruplarının 2018-ci ildən fəaliyyətə başlayacağını desələr də, sonra  2019-cu ildə mütləq olacağı açılanmışdı: “Amma hələ də bir xəbər yoxdur. Xatırlatdım ki, birdən aidiyyəti qrumlar unudar”.

 

 

# 629
avatar

Aygün İbrahimli

Oxşar yazılar