
Xəzərin statusu haqqında Konvensiyanın ratifikasiyasına başlanılır - Nazir müavini
Rusiya tərəfi yaxın günlərdə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiyasına başlayacaq.
Bunu "APA-Economics"ə Azərbaycanın Xarici İşlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.
Onun sözlərinə görə, sənəd Rusiya Dövlət Dumasında və Federasiya Şurasında baxılacaq.
"Ümid edirəm, Rusiyada siyasi iradə göstərib, bu Konvensiyanı payızda ratifikasiya etsin. Qalır İran tərəfi ki, onlarla da bu prosesə başlanılıb. İnanıram ki, İran tərəfi də bu Konvensiyanı tezliklə ratifikasiya edəcək", - deyə X. Xələfov qeyd edib.
Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il 12 avqustda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan arasında imzalanıb. Konvensiya tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək imkanı verir.
Oxşar yazılar

İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23