“Alman evləri” uçur - YANĞIN VƏ XƏSTƏLİK TƏHLÜKƏSİ
“Bura Sumqayıt tarixinin başlandığı İnşaatçılar qəsəbəsidir. Böyük Vətən Müharibəsi zamanı əsir düşmüş almanların burda inşa etdiyi binalar tökülür”.
APA TV-nin məlumatına görə, bu binaların 80-ə yaxın yaşı var. Demək olar ki, yaşamaq üçün yararsız vəziyyətə düşüblər, belə demək mümkünsə, sakinləri “bu evdə yaşayıram” cümləsinin əvəzinə, “başımı soxmağa yerim var” desələr, daha düzgün .
Tamilla xanım 40 ildir ki, bu binada yaşayır. O, hər il qış aylarında mənzilinin rütubətli olmasından, xəstəlikdən ayılmadığını, hətta hansısa bədbəxt hadisənin baş verəcəyindən qorxduğunu deyir: “Ləyən, qazan hər şey qoyuruq. Soyuqdan əsirik, qorxuruq. Yaşlı, xəstə adamam. Əsas şikayətim evimin bu vəziyyətdə olmasıdır. Aşağısı 15 ildir ki, bu vəziyyətdədir. Oğlum işləyir, fəhlə adamdır. Axşam gəlir çatdıra bilmir. Nə qədər təmir edir, görürsən ki, yenə də damır. Bəs nə qədər çəkəcək bu əziyyət?”
Tamilla xanımın qonşularının da şikayəti eynidir: “Camaat çox acınacaqlı vəziyyətdə yaşayır. İnsanlar çox əziyyət çəkir. İkinci mərtəbədə olan insanlar qar olanda vedrə, qazan qoyurlar ki, dammasın. Birinci mərtəbələr də həmçinin. Yaxınlıqda aptek də yoxdur. Elə bil ki, ucqar bir kənddə yaşayırıq. Bununla bağlı müraciət eləmişik, bəli. Bildiriblər ki, guya oktyabr ayına kimi dam örtükləri düzələcək. Haradasa 15-20 ildir ki, deyirlər bu binalar söküləcək, biz yeni mənzillə təmin olunacağıq. Amma sökülmür”.
“100 dəfə şəhərin içini sökürlər, düzəldirlər. Amma bir dəfə də bu tərəfə gəlmirlər. Baxın bura ilə oranın arası 10 metrdir. Maşınlar ordan məhəlləyə girə bilmir. Uşaqları bağçaya hara aparırlar? Şəhərin o başına. Niyə burda bir dənə bağça olmamalıdır?”
Evinin tavanı və divarları rütubətdən qaralan Gülnaz Kərimova deyir ki, pilləkən onun mənzilinin divarına bitişikdir. Buna görə də pilləkəndə addım atanda səs evində eşidilir. Pilləkənlə bitişik divarlarda və tavanda siçovullar gəzir: “Taxta evdir, bir quru kibriti yandırsan dərhal alışıb yanacaq, bir nəfərin səhvi ilə bu qədər adama zərər dəyəcək. Mən xəstə adamam, evimdə dincələ bilmirəm. Başa düşürəm uşaqdır, oynamağa yerləri yoxdur. Mən göndərirəm o biri binanın qabağına, o qonşu deyir, niyə mənim üstümə göndərirsən? Bizi burdan ya köçürün, ya da nə bilim, bir əncam edin”.
Məsələ ilə əlaqədar, Sumqayıt şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayevlə əlaqə saxladıq. O, şifahi şəkildə bizə bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən məsələ ilə bağlı aidiyyəti olan qurumlara müraciət ünvanlanıb. Problemin həlli istiqamətində işlər görülür.
Şəhər rəhbərliyi ümid verir, sakinlər isə payızın sərinliyini artıq hiss etməyə başlayıb. Qışı çıxmaq üçün nə düşündüklərini isə təkcə özləri bilir...
Oxşar yazılar

5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
6 iyul 2025 , 09:11
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06