Bakıda "Volkswagen"in vurduğu piyada ölüb
17 sentyabr 2019 22:47 (UTC +04:00)

Bakıda "Volkswagen"in vurduğu piyada ölüb

0

 

Bakının Nərimanov rayonunda piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

APA xəbər verir ki, metronun "Gənclik" stansiyasının yaxınlığında "Volkswagen" markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Əmiraslanlı Gülgün Saday qızını vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada dünyasını dəyişib.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışları istiqamətində iş aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1208

Oxşar yazılar