
Bu ölkələr arasında rouminq tarifləri endiriləcək
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq üzrə tariflərin endirilməsi haqqında razılaşma hazırlanır.
Bunu "APA-Economics"ə Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.
Onun sözlərinə görə, qeyd olunan sənədin ölkələr arasında imzalanması gələn ilə nəzərdə tutulur.
"Razılaşma Şərq Tərəfdaşlığı ölkələri arasında rouminq tariflərinin aşağı salınmasına yönəlib. Bütün bu işlər Avropa İttifaqı ilə tərəfdaşlığa yönəlib və qeyd olunan razılaşma əsasında gələcəkdə Avropa operatorları ilə də rouminq tariflərinin endirilməsi məsələsi işləniləcək. Razılaşmanın hazırlanmasına dair aparılan işlər artıq son mərhələdədir və onun gələn il imzalanacağı gözlənilir", - deyə E.Vəlizadə qeyd edib.
Qeyd edək ki, 2009-cu ildən etibarən icra olunmağa başlayan Şərq Tərəfdaşlığı təşəbbüsü Avropa İttifaqı, ona üzv ölkələr və onun altı şərq qonşusu (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) arasında əlaqələri dərinləşdirmək və gücləndirməyə yönəlmiş birgə siyasi təşəbbüsdür. Sözügedən çərçivədə bütün tərəfdaşlar diqqəti 2020-ci ilə qədər 20 praktiki nəticəni əldə etməyə yönəltməklə öz vətəndaşlarının gündəlik həyatına gözəçarpan dərəcədə mənfəət gətirməyə dair razılığa gəliblər.
Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18
"Azərsun Holdinq" BDU-nun Jurnalistika fakültəsinin 6 tələbəsinə təqaüd ayırıb
9 iyul 2025 , 12:06