224
12:30
16 Sentyabr 2019

Azərbaycanda bu il doğulan üçəmlərin sayı AÇIQLANDI

2019-cu ilin yanvar-iyul ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində 79861 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az -a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8-dən 13,9-a qədər artıb. Doğulanların 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

Körpələrdən 1844-ü əkiz, 48-i isə üçəm doğulanlardır.