Gənc Tamaşaçılar Teatrı mövsümü “Qızıl balıq”la açacaq
16 sentyabr 2019 11:47 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı mövsümü “Qızıl balıq”la açacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümü sentyabrın 21-də Pərvinin “Qızıl balıq” (A.S.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri) pyesi əsasında hazırlanan eyniadlı tamaşa ilə açacaq..

Teatrdan Lent.az-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir.

Tamaşada əsas rolları əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, aktyorlar Ədalət Əbdülsəmədov, Nuriyə Əliyeva, Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova və başqaları canlandıracaq.

 

 

# 957
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar