
Hava təhlükəsi haqda proqnoz vermək asanlaşır - İLİN sonundan
Bu ilin sonundan Azərbaycanda konkret ərazilər üzrə hava şəraiti, təbiət hadisələri - yağış, külək və s. ilə bağlı məlumatlar vermək mümkün olacaq.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib.
O bildirib ki, bu məqsədlə ölkə ərazisində 4 yerdə dopler meteoroloji radar sisteminin alınıb quraşdırılması nəzərdə tutulub: “Bu ilin sonunda artıq iki yerdə dopler meteoroloji sistem alınıb quraşdırılacaq. Bununla bağlı treninqlər də keçiriləcək. İlin sonunda əvvəlcə Göygöl və Şamaxı rayonları ərazisində bu sistem quraşdırılacaq. Gələn il isə Şəki və Ağstafa rayonlarında quraşdırılması nəzərdə tutulub”.
A.Verdiyevin sözlərinə görə, dopler radar sisteminin əsas üstünlüyü ondan ibarətdir ki, hər hansı bir konkret ərazi üzrə iki-üç saat əvvəlcədən (qısamüddətli proqnozlar) yağış, onun intensivliyi, miqdarı, dolu, dolunun diametri, müxtəlif hündürlüklərdə küləyin sürəti, istiqaməti, eyni zamanda şimşək çaxma halları ilə bağlı dəqiq məlumat vermək mümkün olacaq.
Oxşar yazılar

Xankəndidə Zəfər tağı olacaq
6 iyul 2025 , 15:22
II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib-YENİLƏNİB
6 iyul 2025 , 13:33
5 BÜRC bu gün diqqətli olmalıdır: Kimləri təhlükə və münaqişələr gözləyir
6 iyul 2025 , 10:01
Hamı evlən dedi, o isə illərdir gözləyirdi – Şəhid Mehmanın nişanlısı ilə müsahibə - YENİLƏNİB
5 iyul 2025 , 22:29
Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46