FHN-in qurumları arasında keçirilən çempionat başa çatıb  - <span style="color:red;">FOTOLENT
13 sentyabr 2019 18:33 (UTC +04:00)

FHN-in qurumları arasında keçirilən çempionat başa çatıb - FOTOLENT

Sentyabrın 11-13-də Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Qəbələ rayonunun meşə zolağında Fövqəladə Hallar Nazirliyinin qurumları arasında səmti müəyyən etmə üzrə keçirilən çempionata yekun vurulub.
 
Lent.az-a bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyi İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev, FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.
 
Qeyd olunub ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyən etmə idman növü üzrə çempionatda nazirliyin müxtəlif qurumlarını təmsil edən 21 komandanın tərkibində 100-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdirib.
 
Yarışda FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandası birinci, Mülki Müdafiə Qoşunlarının komandası ikinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Fərqanə Saxrayeva ikinci yeri tutub. Kişilərin yarışında isə Kiçik Həcmli Gəmilərə Nəzart və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı Mirzə Hüseynzadə birinci, Qarabağ Regional Mərkəzinin əməkdaşı Aqil Məmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Abasət Babayev üçüncü yerə çıxıb.
 
Sonda qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
# 696
avatar

Oxşar yazılar