
Kütləvi zəhərlənmələrlə bağlı bəzi şəxslər artıq məsuliyyətə cəlb olunub - RƏSMİ
"Yay mövsümündə qida zəhərlənmələrin əsas səbəbi soyuq zəncir prinsipinə əməl edilməməsidir".
APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional bölməsinin rəisi Əkbər Əliyev bildirib.
Onun sözlərinə görə, yay mövsümündə bəzi qidalar var ki, onların sanitar-gigiyena normalarına əməl edilməsi vacibdir. Bu da normativ texniki sənədlərlə müəyyən edilib: "Ən çox zəhərlənmələr salatlar, mayonezli qida məhsullarında olur, həmin qidalarda texnoloji ardıcıllığa, sanitar-gigiyenik normalara riayət olunmur. Eyni zamanda heyvan mənşəli və digər məhsullardan istifadə də burada xüsusi yer tutur. Araşdırmalar davam etdirilir. Qeydə alınan kütləvi zəhərlənmələrlə bağlı sənədlər aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib. Bəzi şəxslər artıq məsuliyyətə cəlb olunub. Burada sahibkarlıq subyektləri, ictimai iaşə müəssisələri birbaşa məsuliyyət daşıyırlar”.
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21