
Ağsaqqallar Şurası Qəbələdə regional konfrans keçirdi
Respublika Ağsaqqallar Şurasının, Qəbələ rayon İcra Hakimiyyətinin və “Azərbaycan” qəzetinin birgə təşkilatçılığı ilə “Qafqaz Resorte” otelində “Prezident İlham Əliyevin yeni islahatlar: Davamlı inkişafın iqtisadi-sosial hədəfləri” mövzusunda regional konfrans keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Konfransda respublikanın 15 şəhər və rayonundan ağsaqqalların və gənclərin iştirak edib.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli ideologiyanın həyata keçirilməsi üçün gənclərlə müntəzəm görüşlər təşkil olunduğunu, onlarla vətənpərvərlik mövzusunda söhbətlər aparıldığını bildirib. O, ağsaqqalların keçdiyi şərəfli həyat yolundan nümunələr göstərib. Millət vəkili Azərbaycan xalqının ağsaqqal sözünü daima uca tutduğunu və onların ətrafında sıx birləşdiyini bildirib.
Daha sonra konfransda Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, Milli Məclisin komitə sədri, akademik, Respublika Ağsaqqallar Şurasının sədr müavini Əhliman Əmiraslanov, AMEA-nın müxbir üzvü, Respublika Ağsaqqallar Şurasının sədr müavini Sudeyif İmamverdiyev çıxış ediblər. Natiqlər qeyd edib ki, Azərbaycanda müstəqil dövlətçiliyin qorunması ənənəsinin yaradılması ulu öndər Heydər Əliyevin, dövlətimizin modernləşməsi və daha da güclənməsi, milli iqtisadiyyatımızın sürətli inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ötən 16 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi quruculuq prosesi geniş vüsət alıb, yeni islahatlar nəticəsində bütün sahələr inkişaf etdirilərək uğur əldə olunub.
Konfransda Azərbaycan vətəndaşının sosial-rifah halının yaxşılaşması üçün görülən işlərdən, ölkəmizdə pensiya və əmək haqlarının artırılması, səhiyyənin, təhsilin, sahibkarlığın, sənayenin, yol infrastrukturunun, turizmin, bütövlükdə regionların sosial-iqtisadi inkişafı istiqamətində aparılan islahatlardan danışılıb və əldə edilən uğurların göstəriciləri barədə faktlar səsləndirilib.
Oxşar yazılar

"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11
Tramp Azərbaycan-Ermənistan münasibətlərindən danışdı
14 iyul 2025 , 19:39
Dünyanın ən yaşlı prezidenti ikinci müddətə namizəd olacaq: onun neçə yaşı var?
14 iyul 2025 , 19:15
Kamran Əliyevdən Masallı rayon prokuroru ilə bağlı ƏMR
14 iyul 2025 , 18:07
MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45