570
09:09
13 Sentyabr 2019

"Mənim qeyrətli qızım..." - Firuzə İbadova qızını təbrik etdi

Əməkdar artist Firuzə İbadova sosial şəbəkədə qızının və nəvəsinin şəklini paylaşıb. Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, bu gün qızı Hülyanın doğum günüdür: “Mənim zəhmətkeş qızım, anam, atam, balam, qardaşım, oğlum. Səni necə əziyyətlərlə böyütdüyümü bir Allah bilir, bir də bizim ailəni yaxından tanıyanlar. Sən hazırda məndən uzaqlardasan, əlim sənə çatmır. Ona görə də təbriklərimi burda yazıram. Sən Allahın mənə göndərdiyi mələksən, qeyrətli qızım mənim. Məni illər öncə nənə etdin, sevindirdin. Hər zaman mənə sevinc nəsib etmisən. İnanıram ki, sevincli günlərimiz hələ qabaqdadır. Səni öpürəm, mama sənsiz çox darıxır. 100 yaşa, hər zaman bizimlə ol”.