
Nuşirəvan Məhərrəmli: "Elə kanallarımız var ki..."
Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəsmi “Facebook" və "Twitter" səhifələri fəaliyyətə başlayıb.
Bununla bağlı APA-ya açıqlama verən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu səhifələr zərurətdən yaradılıb: "Rəsmi sosial hesabımızın yaradılması sosial media ilə işləmək zərurətindən yaranıb. Biz də bu səbəbdən belə addım atdıq. Hesab edirəm ki, bunun ancaq xeyri ola bilər".
Televiziyalarla bağlı problemlərə münasibət bildirən N.Məhərrəmli bildirib ki, bu problem təkcə Azərbaycanda deyil, bütün dünyada var: "Bu problemləri qanunvericiliyin bizə verdiyi sərhədlər çərçivəsində həll etməyə çalışırıq. Əvvəlki illərə nisbətən qanun pozuntuları azalıb, əvvəlki tendensiya yoxdur. Bildiyiniz kimi, Azərbaycanda tamaşaçılar, əhali üçün seçim imkanları genişdir. Azərbaycanda həm dövlət, həm də özəl televiziyalar fəaliyyət göstərir. Bəzi kanallarımız var ki, bu kanallarda əhalini narahat edən şou ilə bağlı verilişlər yoxdur. Yəni, insanlarımız rahat şəkildə o kanallara baxa bilərlər. Amma şou xarakterli verilişlərə baxmaq istəyən təbəqə üçün də özəl kanallar var".
Oxşar yazılar

İmtahanın düzgün cavabları - VİDEO
13 iyul 2025 , 14:34
Azərbaycanda ən isti hava harada qeydə alındı? - SİYAHI
13 iyul 2025 , 14:29
Bu gün 34 mindən çox abituriyent imtahan verdi -YENİLƏNİB
13 iyul 2025 , 13:33
Sabah çimərliyə gedənlərin DİQQƏTİNƏ!
13 iyul 2025 , 12:26
Qarpızdakı üç əsas əlamət: onu qətiyyən almamalısınız
13 iyul 2025 , 12:23
Bakıda 40 dərəcə isti olacaq - SABAHIN HAVASI
13 iyul 2025 , 12:05
İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35