Sinəsini kiçiltdirdiyinə görə peşman olan müğənnimiz <span style="color:red;">ARIQLADI  - <span style="color:red;">FOTOLAR
11 sentyabr 2019 10:19 (UTC +04:00)

Sinəsini kiçiltdirdiyinə görə peşman olan müğənnimiz ARIQLADI - FOTOLAR

Sinə kiçiltmə əməliyyatı etdirən meyxanaçı Samirə Yusifqızı imicinə əl gəzdirtdirib.

Lent.az-ın məlumatına görə, saçlarını tünd rəngdə boyatdıran ifaçının arıqladığı da diqqətdən qaçmayıb. Samirə bildirib ki, xüsusi pəhriz vasitəsi ilə arıqlayıb.

Qeyd edək ki, S.Yuifqızı bir müddət öncə Lent.az-a bildirmişdi ki, sinəsini kiçildirdiyi üçün peşmandır: “Sinəm boynuma ağırlıq etdiyinə və kürəyimə ağrı verdiyinə görə kiçiltdirdim. İndiki ağlım olsaydı, əməliyyat etdirməzdim. O yükü daşıyardım, amma etdirməzdim, çünki mütləq fəsadlar olur.

Bir yer balacalaşırsa, o başqa yerdə özünü göstərməyə başlayır. Biz elə bil ki, Allahla davaya çıxmışıq. Həkim bizi güclə çağırmır, özümüz gedib bıçağın altına giririk. Növbəti dəfə əməliyyata girmərəm”.

 

 

# 11013
avatar

Yalçın UĞUR

Oxşar yazılar