Bakıda idarəetməni itirən sürücü digər yola çıxaraq qəza törədib - <span style="color:red;">FOTO  - VİDEO
11 sentyabr 2019 02:50 (UTC +04:00)

Bakıda idarəetməni itirən sürücü digər yola çıxaraq qəza törədib - FOTO - VİDEO

 
 
 
 
Bakının Nərimanov rayonunda 2 avtomobil toqquşub. 
 
APA xəbər verir ki, Nuri Samir İlyas oğlu idarə etdiyi 99 KA 222 dövlət nömrə nişanlı "Hundai" markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən anidən idarəetməni itirib. 
 
Bu zaman nəqliyyat vasitəsi yol kənarındakı beton arakəsməyə çırpılaraq yan yola aşıb. Nəticədə əks tərəfdə hərəkətdə olan Məmmədov Zaur Rasim oğlunun idarə etdiyi "Volkswagen Passat" markalı avtomaşına çırpılıb.
 
Qəza zamanı xəsarət alan olmayıb, avtomobillər deformasiyaya uğrayıb.
 
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin və DYP-nin əməkdaşları cəlb olunub. 
İdarədən bildirilib ki, ilkin məlumata görə, hadisə "Hundai" markalı avtomobilin yolda yüksək sürətlə hərəkətdə olması səbəbindən baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 869

Oxşar yazılar