
Məktəbli formaları ancaq BTE-dən alınmalıdır? - Valideynlərin şikayətinə NAZİRLİKDƏN CAVAB
Son vaxtlar redaksiyamıza məktəbli formaları ilə bağlı bir çox şikayətlər daxil olur. Şikayətlərdə bildirilir ki, məktəb tərəfindən valideynlərin forma almaqları üçün xüsusi olaraq tapşırıqlar verilir.
Bununla bağlı olaraq Lent.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən cavab gəlib: "Məktəbli formalarının haradan alınması ilə bağlı heç bir məhdudiyyət yoxdur. Valideynlər övladları üçün bazara çıxarılan məktəbli formasını seçməkdə sərbəstdirlər”.
Qeyd edək ki, Bakı Tikiş Evinin (BTE) tikdiyi 1-6-cı siniflər üçün məktəbli formasının qiyməti 40 manat, 7-11-ci sinif şagirdləri üçün isə 46 manatdır. Bu dəstə pencək, şalvar və yaxud pencək, ətək daxildir.
Bundan başqa bir çox ticarət obyektlərində müxtəlif qiymətə və keyfiyyətə olan formalar (“BTE” nişanı olmayan) da satışdadır. Sözügedən məktəbli geyimlərinin qiymətləri qızlar üçün 33 - 45 manat, oğlanlar üçün isə 35 - 45 manat aralığında dəyişir.
Oxşar yazılar

Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
18 iyul 2025 , 20:32
“Naxçıvan” hoteli sökülür
18 iyul 2025 , 19:31
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
18 iyul 2025 , 19:20
Bu BÜRCLƏR çoxdan gözlənilən mükafatı alacaqlar
18 iyul 2025 , 18:44
Sabahdan "Sea Breez"ə avtobus xətti açılır - Gedişhaqqı nə qədərdir?
18 iyul 2025 , 17:39
Fərid Şahbazlı: “150 illik milli mətbuat yolu Vətənə xidmətin şərəfli tarixidir”
18 iyul 2025 , 17:30Dəhşətli istilər bu tarixədək davam edəcək
18 iyul 2025 , 16:54
Bakıda bu yol iki gün BAĞLI OLACAQ
18 iyul 2025 , 15:48