
Damlanın tamaşaçıları yenə coşdular - FOTOLAR
“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" Bərdə rayonunda keçirilib.
Lent.az məlumat verir ki, Heydər Əliyev parkında baş tutan Festival çərçivəsində müğənni Damlanın konserti təşkil olunub. Xeyli sayda tamaşaçının qoşulduğu tədbirdə, həmçinin Dj Bazaur musiqilər təqdim edib.
“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.
Yay mövsümü müddətində Masallı, Mingəçevir, İmişli, Quba “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad, Bərdə “ASAN xidmət” mərkəzlərində ümumilikdə yeddi festival keçirilib.
Bununla “ASAN Yay Festivalı”na yekun vurulub.
Oxşar yazılar

Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10