345
09:06
07 Sentyabr 2019

Kompüter, telefon, TV-yə baxanda gözdə yorulma...

Qlaukoma, el arasında “qara su”, göz təzyiqi adlandırılan problem gözün ən təhlükəli xəstəliklərindən biri sayılır. Gec aşkarlananda, müalicə olunmayanda korluğa səbəb olur.

Oftalmoloq Mahir Məmmədzadə bildirib qlaukoma, göz təzyiqinin yüksəlməsi nəticəsində görmə sinirlərinin zədələnməsidir. Hazırda bu xəstəlik dərmanla, cərrahi müdaxilə və lazer üsulu ilə müalicə olunmaqdadır. Qlaukomanın əsas əlamətləri zaman-zaman bulanıq görmə, görmə sahəsinin daralması, işıq ətrafında halqaların görünməsi, kompüter, telefon və TV-yə çox baxdıqda yorulma və s.

Onun sözlərinə görə, qlaukoma xəstəliyinin əlamətləri meydana çıxdıqda artıq görmə sinirlərində atrofiya baş vermiş olur. Bunu ancaq profilaktik müayinələrdə aşkara çıxarmaq olur. Həkim vurğulayıb ki, qeyd olunan əlamətləri hiss edənlər göz müayinəsindən keçməlidirlər.

e-tibb.az