1414
19:10
06 Sentyabr 2019

Arvadının külünü okeana səpən azərbaycanlı dahi

Bu gün dahi azərbaycanlı alim Lütfi Zadənin anım günüdür. Kulis.az bu münasibətlə dünya şöhrətli elm xadimi ilə bağlı maraqlı faktları təqdim edir.

1933-cü ildə Bağırov göstəriş vermişdi ki, Sovet İttifaqına mənsub olmayan hər kəs 24 saat ərzində ya ölkəni tərk etməli, ya da sovet vətəndaşlığını qəbul etməlidirlər.

Xəbəri eşidən Lütfi Zadənin atası Rəhim dayı ailəsini götürüb İrana gedir.

Image result for Lotfi A. Zadeh

***

Lütfi Zadə üçüncü sinfədək təhsilini Bakıda alıb. Uşaq vaxtı ona “Lutik” deyirlərmiş.

***

Elə o ərəfələr fotoya maraq salır. Sonralar fotoportretlər üzrə ixtisaslaşır. Müsahibələrinin birində bu haqda deyir: “Paparatsilər kimi icazəsiz bir çox məşhur insanları çəkmişəm”.

Məşhurların arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumen də olub.

Image result for Lotfi A. Zadeh

***

Bakını çox sevirdi. Xüsusən də Azərbaycan yeməklərini. Ən çox lülə kababla kələm dolmasını... 1965-ci ildə Bakıya gələndə uşaqlığının bu iki ləzzətindən dadmaq ilk işi olub.

***

Kimdənsə hədiyyə almağı xoşlamazmış. Ancaq özü hədiyyə verməyi çox sevərmiş. Tez-tez dostlarının ad günündə iştirak edər və onlara hədiyyələr verərdi. Ən çox da qalstuk bağışlamaq onun ənənəsinə çevrilmişdi.

Image result for lütfi zadə

***

Unikal yaddaşı vardı. Bu üzdən də elm sahəsinə yönəldi. Elmi, riyazi bilgiləri, saysız informasiyaları yaddaşında cəm edən, demək olar ki, elmə aid heç bir bilgini unutmayan Lütfi Zadə hərdən corab geyməyi yadından çıxarırmış.

***

Amerikada Kolumbiya Universitetinə qəbul olundu. Sonradan elmi işçi kimi işləməyə başladı. 24 yaşında Amerikanın ən gənc alimi oldu.

***

Ona şöhrət qazandırmış qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, başqa nəzəriyyələri də var. Sadəcə çoxluq arasında o qədər də məşhur deyil.

Image result for lütfi zadə

***

Qeyri-səlis məntiq nəzəriyyəsi mübahisəli sayılırdı və tez-tez ironiya hədəfinə tuş gəlirdi. “New York Times” qəzetindəki məqalədə onun nəzəriyyəsinin yanlışlıqları haqda fikirlər yer almışdı.

***

Lütfi Zadə pula önəm verən biri deyildi. Statistikaya görə, onun nəzəriyyəsindən yararlanan şirkətlərdən pay sahibliyini istəsə, dünyanın ən varlı adamı olardı. Amma istəmirdi. Elə ona görə də balaca bir evdə kasıbyana yaşamağı seçdi...

***

Toyu çox sadə olub. Cəmi 6 nəfər varmış toyunda. Nyu-Yorkdakı restoranda keçirilən sadə toy və yoldaşı Fenka ilə 73 il bərabərlik...

***

Yoldaşının ailəsi Rusiyadan immiqrasiya edən yəhudilər idi. Onlar Yaponiyaya getmiş və sonra İrana gəlmişdilər. Hər iki ailə uşaqlarını rəqs dərnəyinə qoyur. Beləliklə, Lütfi Zadə həyatının qadını ilə burda tanış olur.

Image result for Lotfi A. Zadeh

***

Xanımı vəfat edəndə bir məktub yazmışdı. Ağrılı və kədərli bir məktub. O məktub bu sözləri deyirdi: “Mən Fenkasız yaşaya bilmərəm”. Doğrudan da çox yaşaya bilmədi. Düz bir ildən sonra vəfat etdi. 96 yaşında... Ölməmişdən əvvəl isə doğma Bakısında dəfn olunmasını vəsiyyət etdi.

***

Çoxları onun bu qərarına təəccüblənmişdilər. Düşünmüşdülər ki, o, elə yoldaşının yanında dəfn olunmaq istəyər. Lakin sən demə, Lütfinin xanımı öləndə vəsiyyət etmişdi ki, onu yandırıb, külünü okeana səpsinlər...

Image result for Lotfi A. Zadeh

***

Oğlu Norman onun dəfninə gəlməmişdi. Bunu belə izah edirlər: Norman çox rasional biridir və artıq yerə enerji sərf etməyi xoşlamır. Oğlu Lütfi Zadə ilə morqda vidalaşıb və dəfnə gəlməyə ehtiyac görməyib.

***

Norman haqda daha maraqlı bir fakt da var: onun “Uduşlu poker sistemləri” kitabı qumar oyunlarının həvəskarları üçün stolüstü kitab hesab olunur.

Image result for Lotfi A. Zadeh

***

Lütfi Zadə inanclı biri deyildi. Ateist idi. Ancaq vəsiyyəti üzərinə Bakıda dəfn olunanda dini qaydalarla basdırıldı.

***

Mirasını davamçısı, tanınmış alim Rafiq Əliyevə bağışlayıb. Professor Rafiq Əliyev isə bu maddi sərvəti “Zadə irsi və süni intellekt” Assosiasiyasına hədiyyə edib.