435
11:40
06 Sentyabr 2019

Rus alim Azərbaycanda nadir həşəratlar tapdı

Rusiyanın Rostov şəhərindən olan bioloq, Don Texnik Universitetinin dosenti Aleksandr Yevsyukov Qafqaz sıra dağlarında indiyədək elmə məlum olmayan nadir həşərat növləri aşkar edib.

Lent.az -ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, çoxayaqlılar sinfinə aid bu həşərata Gürcüstan və Azərbaycanda rast gəlmək olar.

“Tapdığım həşərat növü Kubaniulus, digəri isə Leptoiulus nəslinə aiddir. Bu haqda Budapeştdə keçirilən miriapodoloqların konqresində alimlərə məlumat verdim və hamı tərəfindən maraqla qarşılandı. Bu sahədə araşdırmalarım davam edəcək”, - alim bildirib.