609
13:58
05 Sentyabr 2019

Azərbaycanda hər yüz ailəyə düşən avtomobillərin sayı AÇIQLANDI

Azərbaycanda ümumillikdə nəqliyyat vasitələrinin sayı 1370574 ədəddir.

2010-cu ildə bu göstərici 982553 olub.

Lent.az -ın məlumatına görə, ötən il ölkədə 1170672 ədəd minik avtomobili qeydiyyatda olub. 2010-cu ildə bu rəqəm 815683 təşkil edib.

Ötən il şəxsi minik avtomobillərinin sayı 111848 ədəd (2010-779658) olub.

Avtobusların sayı 30704 (29569-2010), yük avtomobillərinin sayı isə 147343 (118460-2010) olub. Xüsusi təyinatlı avtomobillərin sayı 11232 (11715-2010) olduğu halda, hər 1000 nəfərə düşüən avtomobillərin sayı 140 ədəd (110-2010) təşkil edib.

Hər 1000 nəfərə düşüən minik avtomobillərinin sayı 119 (91-2010), hər 100 ailəyə düşən avtomobillərin sayı isə 53 ədəd (40-2010) olub.

Hər 1 kilometr şosse yollarına düşən avtomobillər 2010-cu ildə 52 olduğu halda, ötən il 71-ə yüksəlib.