133
10:16
05 Sentyabr 2019

Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı AÇIQLANDI

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq.

Lent.az -a bu barədəBakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya olmaqla, ümumilikdə, 308 ümumi təhsil məktəbi; 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.