345
14:45
04 Sentyabr 2019

Rusiyada qəzaya uğrayan təyyarənin pilotlarının meyitləri tapıldı

Stavropol diyarında qəzaya uğramış Su-25UB tipli hücum təyyarəsinin 2 pilotunun meyitləri qəza yerində tapılıb.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə bölgədəki təcili yardım xidmətinin nümayəndəsi məlumat verib.

Rusiya Müdafiə Nazirliyindən verilən xəbərə görə, ölən pilotların hər ikisinin təyyarədən qurtulmaq üçün vaxtları olmayıb.

Onların meyitləri təyyarənin kokpitindən çıxarılıb.

Xatırladaq ki, sentyabrın 3-də Stavropol diyarında planlaşdırılmış təlim-məşq uçuşu zamanı Su-25UB tipli təyyarə qəzaya uğrayıb.