Bir il ərzində 751 uşaq övladlığa verildi - Azərbaycanda
04 sentyabr 2019 11:48 (UTC +04:00)

Bir il ərzində 751 uşaq övladlığa verildi - Azərbaycanda

2018-ci ildə Azərbaycanda 751 uşaq övladlığa verilib.
 
Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 349-ı qız, 402-si oğlan olub. 
 
Uşaqlardan 14-ü əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülüb. Onlardan 4-ü qız, 10-u oğlan olub. 
 
Övladlığa götürülməsi barədə qərarları ləğv edilən uşaqların sayı isə 67 nəfər olub. Onlardan da 25- i qız, 42-si oğlandır. 
 
Qeyd edək ki, övladlığa götürülən uşaqlardan 200-ü 1 yaşa qədər, 315-i 1-5 yaş, 132-si 6-10 yaş, 104-ü isə 11-17 yaşında olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581

Oxşar yazılar