Sevgilisinə görə ailəsini qətlə yetirib...– Azyaşlıların törətdiyi <span style="color:red;">DƏHŞƏTLİ  qətllər
03 sentyabr 2019 19:42 (UTC +04:00)

Sevgilisinə görə ailəsini qətlə yetirib...– Azyaşlıların törətdiyi DƏHŞƏTLİ qətllər

Azyaşlı uşaqlar insanları öldürmək üçün bu qədər nifrəti necə qəlblərində daşıyırlar? Onlar bunun üçün lazım olan silahları haradan tapırlar? Söhbət 6-13 yaş arası, tarixə düşmüş ən gənc qatillərdən gedir:

Lent.az həmin qatilləri sizlərə təqim edir:

Erik Smit

Erik Smit 13 yaşında qatil olub. O, 4 yaşlı Derrika Robbini qaçırıb və ona işgəncə verərək qətlə yetirib. Smit bu yaşda, belə qəddar qətli təkbaşına törədən ilk qatil hesab edilir. Onun belə vəhşiləşməsinə səbəb isə qızılı rəng saçlarının və böyük gözlərinin tez-tez ələ salınması olduğu deyilir.

 
 

Con Venebls və Robert Tompson

Bu dostlar 10 yaşında olarkən qətl törədirlər. Con Venebls və Robert Tompson 2 yaşlı uşağı oğurladıqdan sonra onu döyüb işgəncə verərək öldürürlər.  Onlar uşağın öldüyünə əmin olduqdan sonra meyitini dəmir yolunun üstünə atıblar.

 
 

Edqar Cimenez

Edqar Cimenez narkotik alveri ilə məşğul olan dəstənin yanında sərbəst nişançı işləyib. Onu 14 yaşında polislər saxlayıb. Araşdırılmalar zamanı məlum olub ki,  Edqar artıq dörd qətl törədib. Cimenez törətdiyi əməlləri etiraf edib.

 
 
Kristian Fernandez
 

Kristian 12 yaşında doğma bacısının qatili olub. Qanunsuz doğulan bu uşaq, narkotik alveri ilə məşğul olan ailədə böyüyüb. 8 yaşında məktəbin həyətində heyvanı vəhşicəsinə öldürüb. Görənlər onun valideyninə uşağın bu yaşda belə davranmasının ciddi problem olduğunu desə də, valideyni bu sözləri ciddiyə almayıb. 12 yaşında bacısı ilə evdə tək qalan Kristian onu döyərək qətlə yetirib.  Bu hadisəyə görə Kristianın anası da həbs edilib. Araşdırmalar nəticəsində məlum olub ki, onun anası evə gəldikdən 8 saat sonra hadisə haqqında məlumat verib.

 
 
Jasmin Riçhardson
 

Öz ailəsinin qatili olan bu qızcığaz, qətli 12 yaşında törədib.

Sevgilisi ilə əlbir olaraq öz ata-anasını və bacısını qətlə yetirib.

Jasmin bu əməlinə görə həbs cəzası alıb və sonradan ruhi-əsəb dispanserində müalicə olunub. O, bu əməli törətməsinə ailənin onu özündən 11 yaş böyük sevgilisi ilə görüşməyə qoymamasını səbəb göstərib.

 
 
Girl A
 

11 yaşlı Yaponyalı Girl öz sinif yoldaşını qətlə yetirib.

O, məktəb yoldaşını boğazından bıçaqlayaraq öldürüb.

Gənc qızın belə addım atmasının səbəbi izlədiyi hansısa filmin təsiri altında olması ilə izah edilib.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2634

Oxşar yazılar