230
17:20
03 Sentyabr 2019

İki ölkənin alimləri bu xəstəliklə bağlı araşdırma aparacaqlar

Azərbaycan və İtaliya alimləri altsheymer xəstəliyinin müalicəsində karbon nanoborulardan istifadə imkanını birgə araşdıracaqlar.

Bunu “ APA -Economics”ə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzinin elmi tədqiqat şöbəsinin müdiri Rasim Cabbarov deyib.

Onun sözlərinə görə, iki il müddətini əhatə edəcək layihə artıq qarşı tərəfə təqdim olunub və yaxın iki ay ərzində onun icrası ilə bağlı qərar verilə bilər.


“Burada söhbət həm tədqiqat, həm də praktiki tətbiqdən gedir. Bildiyiniz kimi, karbon nanoboruların müxtəlif tətbiq sahələri mövcuddur. Onların tibbdə istifadəsidərman preparatlarının müalicəvi effektini orqanizmdə müəyyən yerlərə ünvanlı çatdırılmasını təmin edir. İstənilən dərman orqanizmin müəyyən bir hissəsinə müsbət təsir edirsə, digər orqanlara mənfi təsir göstərir. Lakin preparatı karbon nanoboru ilə əhatə etdikdə, onun müalicəvi təsirini orqanizmin lazımı əzasına çatdırmaq mümkündür. Bu isə öz növbəsində preparatın orqanizmin digər üzvlərinə mənfi təsir etməsinə imkan yaratmır”, - R. Cabbarov qeyd edib.