Azərbaycanda alternativ enerji sahəsində qanun olacaq
03 sentyabr 2019 17:00 (UTC +04:00)

Azərbaycanda alternativ enerji sahəsində qanun olacaq

“Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi artıq hazırlanıb və müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Nazirlikdə keçirilən növbəti kollegiya iclası zamani bildirib.

Onun sözlərinə görə, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamı ilə verilmiş tapşırıqların icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı təkliflərin yaxın vaxtlarda təqdim edilməsi nəzərdə tutulur, nazir qeyd edib.

# 815
avatar

Oxşar yazılar