Sənaye əhəmiyyətli meşələr salınacaq - RƏSMİ
Yaxın vaxtlarda Azərbaycanda sənaye əhəmiyyətli meşələrin salınması planlaşdırılır.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov məlumat verib. O bildirib ki, bu məqsədlə tez böyüyən ağac cinslərindən istifadə olunacaq ki, həmin ağaclar kəsilib ağac emalı sənayesinin inkişafında davamlı olaraq istifadə olunsun:
"Meşə təsərrüfatından sənaye məqsədləri ilə istifadə üçün yaxın perspektivdə bu sahədə geniş işlərin görülməsi nəzərdə tutulub. Fiziki və hüquqi şəxslərə, iş adamlarına tövsiyə edirik ki, özlərinə məxsus torpaq sahələrində bu tip ağac cinslərini yetişdirsinlər. Bu işdə biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq bütün müraciətlərə açığıq. Öz tövsiyələrimizi verə və ağac cinslərinin seçilməsində kömək edə bilərik. Eyni zamanda, meşə fondunun açıq sahələri də bu məqsədlə sahibkarlara icarəyə verilə bilər”.
Oxşar yazılar

Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02
Artıq bu həftə: Parlaq romantik dövr yaşayacaq 3 BÜRC
2 iyul 2025 , 18:44
Sabahın tibbi-meteoroloji PROQNOZU
2 iyul 2025 , 18:17
Azərbaycanda şəxsiyyət vəsiqələrinin forması dəyişir
2 iyul 2025 , 17:40Azərbaycanda saxta dərmanlar harada və necə satılır? - ARAŞDIRMA
2 iyul 2025 , 17:18
Dünya xəritəsində YENİ OKEAN: Yeri qlobal qəyişikliklər gözləyir
2 iyul 2025 , 16:33
Bakıda qəzalı binalarla bağlı komissiya yaradıldı
2 iyul 2025 , 16:04
Azərbaycanda tur adı ilə yayda istirahət etmək istəyənləri necə aldadırlar? - ARAŞDIRMA
2 iyul 2025 , 16:04