277
13:30
03 Sentyabr 2019

Beyləqanda şəhidlərin xatirəsinə abidə ucaldılıb - FOTO

Beyləqan rayonunun Qəhrəmanlı kəndində şəhidlərin xatirəsinə abidə və bulaq açılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, torpaqların bütövlüyü uğrunda canından keçən 10 şəhidin xatirəsinə ucaldılan abidə kompleksinin açılışında Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri, Beyləqan və Xocavənd rayon rəhbərliyi, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının xatirəsi əbədiləşdirildiyi üçün təşəkkürlərini bildiriblər.