
Bu gün "Dorian" qasırğası Baham adalarını vuracaq
"Dorian" qasırğası qərbə doğru hərəkət edir və bu gün Baham adaları sahillərini vuracağı gözlənilir.
APA-nın xəbərinə görə, bu barədə Qasırğaları İzləmə üzrə ABŞ Milli Mərkəzi məlumat yayıb.
"Dorian" qasırğasının Baham adaları qrupuna daxil olan Abako və Böyük Baham adalarını vuracağı gözlənilir. Qasırğa gələn həftə ABŞ-ın Corciya və Cənubi Karolina ştatlarına çatacaq.
Qeyd edək ki, "Dorian" qasırğası cümə günü çox təhlükəli - dördüncü dərəcəyə çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 215 kilometrə çatır. ABŞ-da qasırğanın vuracağı Florida və Corciya sahillərində, o cümlədən Cənubi Karolina ştatında fövqəladə vəziyyət rejimi elan olunub.
Oxşar yazılar

"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55
Qazaxıstanda niqab qadağan edildi
1 iyul 2025 , 03:42
İlon Mask yeni siyasi partiya yaratmaq istəyir
1 iyul 2025 , 02:25
157 milyonluq saat, ağlasığmaz dəbdəbə - Kadırovun oğlunun toyuna kimlər gəldi?-VİDEO
30 iyun 2025 , 21:44
İsrail İranda kimi məhv etməli idi – Əli Laricani təfərrüatları AÇIQLADI
30 iyun 2025 , 19:20
Putinin karteji üçün motosiklet hazırlayan intihar etdi
30 iyun 2025 , 16:39