Azərbaycanlılarla ermənilərin maşınları toqquşdu: iki erməni öldü - YENİLƏNİB
31 avqust 2019 15:52 (UTC +04:00)

Azərbaycanlılarla ermənilərin maşınları toqquşdu: iki erməni öldü - YENİLƏNİB

Gürcüstanın Qardabani rayonunun Teleti kəndi yaxınlığında Ermənistan vətəndaşlarının daşıyan mikroavtobus Azərbaycan vətəndaşlarının olduğu minik maşını ilə toqquşub. APA-nın Gürcüstan bürosu xəbər verir ki, qəza zamanı minik maşınında olan iki Azərbaycan vətəndaşından biri yaralanıb. Qəza zamanı ümumilikdə 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Onlardan 8-i Yeni Xəstəxanaya, 3-ü Müqəddəs Yoahim və Anna Xəstəxanasına, 2-si İnqorokva Klinikasına, 4-ü Pineoya , digər 3 nəfər isə Təcili Cərrahiyyə və Travmatologiyaya xəstəxanasına köçürülüb.
 
Yaralananlardan 17 nəfəri Ermənistan vətəndaşı, ikisi Gürcüstan, biri isə Azərbaycan vətəndaşıdır.
 
Qeyd edək ki, qəza zamanı iki Ermənistan vətəndaşı ölüb.
 
***
 
12:01
 
Yerevan-Batumi istiqamətində hərəkət edən kiçik sərnişin avtobusu Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında gecə 02:00-03:00 radələrində qəzaya uğrayıb.
 
APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Anna Naqdalyan məlumat yayıb.
 
“İlkin məlumatlara görə, iki Ermənistan vətəndaşı ölüb. Digər sərnişinlər müxtəlif xəsarətlərlə Tbilisi xəstəxanalarına yerləşdiriliblər”, - A. Naqdalyan deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar