50 dollarlıq oğurluğa görə 36 il həbsxanada oturdu
31 avqust 2019 11:26 (UTC +04:00)

50 dollarlıq oğurluğa görə 36 il həbsxanada oturdu

Çörəkxanadan 50,75 dollar dəyərində oğurluq etdiyinə görə 36 il həbsxanada yatan ABŞ-ın Alabama ştatının sakini Elvin Kennard azadlığa çıxıb. 
 
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Kennardı 1983-cü ildə oğurluqda günahkar bilərək vaxtından əvvəl azadlığa çıxa bilməməsi haqqı ilə ömürlük azadlıqdan məhrum ediblər. Cəza qanunvericiliyindəki dəyişiklikdən sonra onun cəzası müddətlə əvəz olunub və beləliklə azadlığa buraxılıb. 
 
Amerikalı ömürlük həbs cəzasını ABŞ-da əvvəllər qüvvədə olan “Üç qanuni səhv”ə görə alıb. Həmin qanuna görə, 3 dəfə ciddi cinayət törədən şəxs uzun müddətə azadlıqdan məhrum edilirdi. Kennard çörəkxanadakı oğurluğa qədər sındırmaqla və böyük miqdarda oğurluqda təqsirkar bilinib. 
 
2013-cü ildə Alabamada hökmlərin çıxarılması üzrə Komissiya həmin qanuna dəyişiklik edib. Bundan sonra Kennardın cinayəti o qədər ciddi sayılmayıb. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar