
Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi edənlərin sayı AÇIQLANDI
0
0
Ümumi (9 illik) orta təhsil bazasında kolleclərin boş qalan yerlərinə ixtisas seçimi davam edir.
Lent.az-a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, indiyədək 2 415 nəfər (Azərbaycan bölməsi – 2 398, rus bölməsi – 17) ixtisas seçimi ərizəsini təsdiq edib.
İxtisas seçimi sentyabrın 2-dək aparılacaq.
Qeyd edək ki, ixtisas seçimi elektron formada internet vasitəsilə həyata keçirilir.
0
0