
Hərbi təlimlərdə iştirak edəcək Türkiyə heyətinin növbəti qrupu Azərbaycanda - VİDEO
0
0
“TurAz Qartalı - 2019” birgə taktiki-uçuş təlimlərində iştirak etmək üçün Türkiyə heyətinin növbəti qrupu Azərbaycana gəlib.
Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, sentyabrın 2-dən 16-dək keçiriləcək təlimlərdə MiQ-29, F-16, Su-25, P-235 “Kasa” təyyarələri, Mi-35, Mi-17, “Sikorski” UH-70, CH-47 “Çinok” və ATAK/AH-1W helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
0
0