Azərbaycanda 20 yeni məktəb istifadəyə veriləcək - <span style="color:red;">RƏSMİ
30 avqust 2019 15:27 (UTC +04:00)

Azərbaycanda 20 yeni məktəb istifadəyə veriləcək - RƏSMİ

Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. 
 
Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 20-si yeni tikilən, 8-i əsaslı təmir olunan, 15-i isə modul tipli məktəbdir. 2019-cu ildə  ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması məqsədilə 18 milyon manat, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 40 milyon manat, respublika üzrə təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə 8.7 milyon manat vəsait ayrılıb. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar