

Sakinlər etiraz etdi: bu ərazidə 2 gündür su yoxdur - RƏSMİ AÇIQLAMA
Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi bina 2, 3 və 4-də 2 gündür ki, su yoxdur.
Bu barədə Lent.az-a bina sakinləri məlumat veriblər. Susuz qaldıqlarına etiraz edən sakinlər bildiriliblər ki, bu səbəbdən çətinlik çəkirlər və suyun nə vaxt veriləcəyi barədə məlumatsızdırlar.
Mövzu ilə bağlı olaraq Lent.az-a açıqlama verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, sözügedən ərazidə dünən 5 mərtəbəli binalarda su problemi yaranıb:

“Orada təzə çəkdiyimiz xətləri şəbəkəyə qoşurduq deyə, problem yarandı. Artıq bunu aradan qaldırmışıq.
Bunu da deyim ki, hal-hazırda 5 mərtəbəli binalarda təzyiq aşağı ola bilər. Bunun üçün bəlkə də yuxarı mərtəbələrə su qalxmır. Ancaq axşam saatlarına qədər bu problem tam aradan qalxacaq”.
Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var - SİYAHI
1 iyul 2025 , 08:20
Oxu.az saytı 12 yaşını qeyd edir
1 iyul 2025 , 00:26
Böyük QALMAQAL: Lotereya səhvi minlərlə oyunçunu milyonçuya çevirdi
30 iyun 2025 , 19:07
Yeni həftə yalnız bu BÜRCLƏRƏ xoşbəxt bilet verəcək
30 iyun 2025 , 18:43
İyul ayında gözlənilən maqnit qasırğaları: təhlükəli TARİXLƏR
30 iyun 2025 , 17:38
Müəllimlərin işə qəbulunun ŞƏRTLƏRİ
30 iyun 2025 , 17:35
Sabah çimərliklərdə hava necə olacaq? - PROQNOZ
30 iyun 2025 , 17:23
Çuxura düşən Cümşüdün ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
30 iyun 2025 , 16:46