
Məşhur fransız aktyoru vəfat etdi
0
0
Məşhur fransız aktyoru, üçqat “Sezar” mükafatı laureatı Mişel Omon 82 yaşında dünyasını dəyişib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, 1936-cı il oktyabrın 15-də Paris şəhərində anadan olan M.Omon karyerası boyu 150-dən artıq filmdə əsasən ikinci dərəcəli rollar ifa etməklə tanınıb.
Onun ən məşhur rolları - “Oyuncaq” (1976) filmində maqazin direktoru və “Atalar” (1983) filmindəki itkin düşən yeniyetmənin atası rollarıdır.
0
0