"Xanımımın və qızlarımın şəkillərini paylaşmaram" - <span style="color:red;">Aqşin Fateh
29 avqust 2019 16:35 (UTC +04:00)

"Xanımımın və qızlarımın şəkillərini paylaşmaram" - Aqşin Fateh

Meyxanaçı Aqşin Fateh şou-biznesdə qalmaqala səbəb olacaq açıqlama verib.

Lent.az-ın canlı yayımında qonaq olan meyxanaçı bildirib ki, həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşmaq Azərbaycan kişisinə uyğun xüsusiyyət deyil:

“Şəxsi həyatımda gizli saxlanacaq işim yoxdur. Sadəcə, evimin içini göstərmək istəmirəm. Hansı kişi evində baş verənləri çöldə danışar? Mənim 2 qız və 2 oğul övladım var. Oğlanlarımla şəkillərimi paylaşıram. Sadəcə, qadın xeylağı elədir ki, Azərbaycan kişisi onu qorumalıdır. Məşhur adamların ailə üzvləri tanınanda, cəmiyyətdə onlara diqqət olur. Xanımı və qızlarımı niyə sosial şəbəkədə paylaşım ki? Bu, Azərbaycan kişilərində olmayıb axı. Çıxarıb millətin qabağında xanımını göstərsin... Şou aləmində elə insanlar var ki, ailə fotolarını paylaşırlar. Bu da onların öz işləridir. Onlara nəsə deyə bilmərəm. Sadəcə, mən böyüklərimdən, həm də islamı baxımdan, dədə-babalarımdan kişi xarakteri olaraq özümə örnək götürmüşəm. Bu da mənim seçimimdir. Başqasının işinə qarışa bilmərəm. Hər zaman çalışıram ki, şəxsi həyatımı cəmiyyətdən gizli saxlayım”.

 

# 2810
avatar

Yalçın UĞUR

Oxşar yazılar