Əməkdar artistimiz Rusiya səhnəsinə çıxacaq
29 avqust 2019 11:17 (UTC +04:00)

Əməkdar artistimiz Rusiya səhnəsinə çıxacaq

 

Noyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının “Mariya-2” səhnəsində Rodion Şedrinin “Anna Karenina” baleti nümayiş olunacaq.

 

Mədəniyyət Nazirliyindən Lent.az-a verilən məlumata görə, axşam seansında səhnə əsərində qraf Vronskinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

 

Baletin Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında premyerası 2010-cu il aprelin 15-də keçirilib.

 

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrında fəaliyyət göstərir. Teatrın truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

 

# 813
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar