
Şeyxülislam Səudiyyə Ərəbistanına gedib
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfərə yola düşüb.
QMİ-nin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, səfər Səudiyyə Ərəbistanı tərəfinin dəvəti əsasında həyata keçirilir.
Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə gerçəkləşən səfər çərçivəsində QMİ sədri A. Paşazadə İslam Aləmi Liqasının Baş Katibi, Kəbənin imamı, Məscidül-Həramın işlər rəisinin müavini ilə görüşəcək.
Sentyabrın 4-nə qədər davam edəcək səfərin proqramına Ümrə ziyarəti, Məkkə, Mədinə, Taif şəhərlərində bir sıra görüşlər, həmçinin, Kəbənin örtüyünün hazırlandığı fabriki, Kəbə saatı muzeyini ziyarət, krallıqda həyata keçirilən bir sıra layihələrlə tanışlıq daxildir.
Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48