Altıağac milli parkında “açıq qapı” günü keçiriləcək - FOTOLENT
27 avqust 2019 17:17 (UTC +04:00)

Altıağac milli parkında “açıq qapı” günü keçiriləcək - FOTOLENT

 
Altıağac milli parkının yaranması günü ilə əlaqədar avqustun 31-də parkda “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad olunacaq.
 
Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki,  Xızı və Siyəzən rayonlarının ərazisində yerləşən və sıx meşəliklə əhatə olunan Altıağac milli parkının füsunkar təbiətini görmək üçün hər kəs milli parka dəvət edilir.
 
Qeyd edək ki, Altıağac milli parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2004-cü il avqustun 31-dəki sərəncamı ilə yaradılıb.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1632

Oxşar yazılar