
Tramp Rusiyaya görə həmkarları ilə mübahisə etdi
ABŞ prezidenti Donald Tramp Biarritzdə G7 həmkarları ilə Rusiyanın kluba qayıtması məsələsində mübahisə edib.
APA-nın “The Guardian”a istinadən verdiyi xəbərə görə, G7-nin digər ölkələri ABŞ prezidentinin bu ideyasını dəstəkləməyiblər. Nəticədə gərgin müzakirələr yaranıb. D. Tramp həmkarlarının arqumentləri ilə razılaşmayıb.
Məlumata görə, Yaponiyanın baş naziri Sindzo Abe bitərəfliyini qoruyub saxlayır. İtaliyanın baş naziri Cuzeppe Konte isə ABŞ prezidentini dəstəkləyib.
Avropa İttifaqının rəhbəri Donald Tusk daxil olmaqla, sammitin digər iştirakçıları genişləndirilmiş formatın bərpasına qarşı çıxıblar.
Donald Trampın sözlərinə görə, İran, Suriya və Şimali Koreya problemlərinin müzakirəsi üçün Rusiyanın iştirakı vacibdir.
Qeyd edək ki, 2014-cü ildə Krım yarımadasının ilhaqı və Ukraynada baş verən hadisələrdən sonra G7 ölkələri Rusiyanı sammitə dəvət etməkdən imtina edib.
Oxşar yazılar

Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17
Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi
16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu
16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 , 11:55
Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 , 07:43
Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08
Husilər İsrailə zərbələr endirdi
16 iyul 2025 , 05:32